fbpx

Ukrayna müttəfiqlərə xəbər vermədən bu addımı atıb

Rüya Yorumları burda


Almaniya hökumətinin sözçüsü Volfqanq Büxner Ukraynanın müttəfiq dövlətlərə məlumat vermədən Kursk hücumuna başladığını iddia edib.

BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, Büxner bazar ertəsi verdiyi açıqlamada Ukraynanın “Rusiya ərazisi olan Kurska hücumu böyük məxfiliklə və rəy bildirmədən təşkil etdiyini” deyib.

Almaniya hökumətinin əməliyyatla bağlı əvvəlcədən məlumatlandırılmadığını müdafiə edən Büxner, “İndiyə qədər gördüklərimizə görə, məhdud regional əməliyyat həyata keçirilir” deyə bildirib. Büxner qeyd edib ki, əməliyyat sürətlə davam edir və döyüş meydanındakı vəziyyət davamlı olaraq dəyişir, hələlik əməliyyatla bağlı ətraflı bir qiymətləndirmənin aparılması düzgün deyil.

Qeyd edək ki, Ukrayna avqustun 6-da Rusiya sərhədini keçərək Kurska daxil olub. Cəbhədə alman zirehli texnikasının da istifadə edildiyi iddia edilib.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu