Ukrayna ordusu bu şəhəri əks-hücumla AZAD ETDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna silahlı qüvvələri Xarkov vilayətindəki Derqaçidən rus işğalçılarını sıxışdırıb çıxarıb və əraziyə tam nəzarət edir.
Metbuat,az xəbər verir ki bunu Xarkov vilayəti hərbi administrasiyasının sədri Oleq Sinequbov deyib.
“Ukrayna silahlı qüvvələri rus işğalçısını Derqaçidən çıxarıb və əraziyə tam nəzarət edir. Orada uzun müddətdir ki, aktiv döyüşlər gedir. Rus işğalçısı şəhəri mühasirəyə almağa cəhd edib. Lakin hərbçilərimiz düşməni dəf edərək, əks-hücum əməliyyatına başlayıb”, – deyə Sinequbov bildirib.
Sinequbovun sözlərinə görə, düşmən texnikasının itkiləri arasında 2 tank və 2 zirehli texnika var.
Ukrayna ordusu itki verməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.