fbpx

Ukrayna ordusu dörd kəndi azad edib

Ukrayna əsgərləri Xersondan çox da uzaq olmayan cənub istiqamətində dörd kəndi ruslardan azad ediblər.

“BEY.AZ” xəbər verir kİ, bu barədə CNN Ukrayna Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.

“Əməliyyat gecə saatlarında Rusiya mövqelərinin və arxa cəbhənin kütləvi şəkildə atəşə tutulması ilə başlayıb”, – mənbə bildirib.

CNN-in məlumatına görə, hücumun əsas istiqaməti Pravdino üzərində olub. Ukrayna əsgərləri “DNR” və “LNR”dən olan piyadaları vurublar. 

“İndi biz dörd kəndi azad etdik. Onların ilk müdafiə xətti üç yerdə yarıldı”, – mənbə deyib.

Mənbənin məlumatına görə, Novaya Dmitrovka, Arxangelskoye, Tomina Balka və Pravdino azad edilib, Ukrayna Silahlı Qüvvələrinin əsas hədəfi Xersondur.

Mənbə bildirib ki, xeyli rus əsgər məhv edilib və əsir götürülüb. Çoxlu hərbi texnika məhv edilib.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin