Ukrayna ordusu Rusiyada 12 kilometr irəlilədi
Ukrayna Rusiya ərazisində əməliyyatları davam etdirir.
BEY.AZ xəbər verir ki, bu məqsədlə Ukrayna sərhədə yaxın rayonlarda, xüsusilə Kurskda əməliyyatlar təşkil edir. Kursk qubernatoru Aleksey Smirnovun açıqlamasına görə, Ukrayna ordusu sərhədin 12 kilometr içərisinə daxil olub və 40 kilometr enindəki ərazidə toqquşmalar gedir. Bölgədən 76 min insan təxliyə edilib.
Qubernator həmçinin Ukraynanın kimyəvi silahdan istifadə etdiyini iddia edib. Belqorodun Krasnoyarujskiy rayonu üçün də təxliyə əmri verilib və 11 min insan bölgəni tərk edib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |