Ukrayna ordusu Rusiyanın nəzarətindəki şəhərə daxil oldu
Ukrayna ordusu Xerson vilayətində Rusiyanın nəzarətində olan Oleşki şəhərinə nəzarəti ələ keçirib.
BEY.AZ xəbər verir ki, Ukrayna ordusu şəhərə bayraq sancıb. Ukraynanın Milli Qvardiyasının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin 124-cü ayrı-ayrı ərazi müdafiə briqadasının əsgərləri Xerson vilayətinin işğal altında olan Oleşki şəhərində Ukrayna bayrağını sancıblar.
Qeyd edək ki, şəhər 2022-ci ilin aprelin 15-dən bəri Rusiyanın nəzarətindədir.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |