Ukrayna ordusu rusların nəzarətindəki televiziya qülləsini bombaladı
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna ordusu ruslar tərəfindən ələ keçirilən Xerson şəhərindəki televiziya qülləsini bombalayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hücumdan sonra bölgədə rus televiziya kanallarının yayımı dayanıb.
Qeyd edək ki, rus qüvvələr bölgədə təbliğat məqsədi ilə Rusiya kanallarının yayımlanması üçün antenalar quraşdırıb. Xerson Şəhər Şurası aprelin 25-də bölgənin rusların nəzarətinə keçdiyini açıqlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.