fbpx

Ukrayna ordusunun vurduğu “Moskva” gəmisindəki rusları türklər xilas edib

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukrayna ordusunun ötən gün Qara dənizdə vurduğu “Moskva” raket kreyserinin heyət üzvlərini Türkiyə gəmisi xilas edib.

Metbuat.az Trthaber-ə istinadən xəbər verir ki, bu barədə Litva hökuməti məlumat yayıb. İddialara görə, Türkiyə gəmisi 54 nəfəri təxliyə edib. Məlumata görə, Ukrayna ordusunun raket zərbəsindən sonra gəminin bir hissəsi suya batıb. Heyət üzvləri həyəcan siqnalı verib. Təqribən 45 dəqiqə sonra Türkiyə gəmisi heyət üzvlərini təxliyə edib. Təxliyədən 1 saat sonra gəmi batıb. Litvanın Müdafiə Nazirliyindən bildirib ki, hadisə zamanı gəmidə 66-sı hərbçi olmaqla ümumilikdə 485 nəfər olub. Tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, Ukrayna tərəfi gəmidə təqribən 510 nəfərin olduğunu açıqlamışdı.

Əlavə edək ki, Ukrayna hərbçiləri Rusiyanın “Moskva” kreyserini “Neptun” raketləri ilə vurub. “Moskva” kreyseri Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının 30 yerüstü gəmi diviziyasının bir hissəsi idi.

“Neptun” raketləri ilə vurulan Rusiyanın “Moskva” kreyseri Ukrayna ilə iki aylıq müharibədə ruslar üçün ən bahalı itki olub. Belə ki, Ukraynaya 26 milyon dollara başa gələn “Neptun” raketlərinin iki məqsədyönlü atışı Rusiyaya 750 milyon dollar itkiyə səbəb olub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin