Ukrayna qazın ixracına qadağa qoydu
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukraynadan qazın ixracı müvəqqəti olaraq qadağan edilib.
Metbuat.az xəbər verir ki,bu barədə Ukraynanın qaz anbarlarının operatoru “Ukrtransqaz” şirkəti məlumat yayıb.
Belə ki, Ukrayna Energetika Nazirliyi təbii qazın gömrük ərazisindən bütün bazar iştirakçılarına ixracına qadağa qoyub.
Bundan başqa, Ukraynanın yeraltı qaz anbarlarında “gömrük anbarı” rejimində saxlanılan qazın da ixracına qadağa qoyulub.
Məhdudiyyətlər Energetika Nazirliyinin 03 mart 2022-ci il tarixli 99 saylı əmri ilə Ukrayna ərazisində hərbi əməliyyatların aparılması ilə əlaqədar tətbiq edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.