fbpx

Ukrayna Rusiya ilə danışıqların nə vaxt bərpa olunacağını açıqlandı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Ukrayna və Rusiya arasında danışıqlar rusiyalı müzakirəçilər öz təbliğatları altında qalmağı dayandırdıqdan sonra bərpa olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Hesab edirdik ki, onların həqiqətən müzakirə olunan bir şey haqqında danışmaq hüququ var. Lakin bəyanatlarından, xüsusən də danışıqlar qrupunun üzvlərindən göründüyü kimi, onlar təbliğatlarının təsiri altındadırlar”, – o deyib.

Rüya tabirlerini burdan oku

Ukrayna rəsmisinin sözlərinə görə, danışıqlar prosesi o zaman başlayacaq ki, Rusiya elitası öz təbliğatına müraciət etməyi dayandırıb real şeylər haqqında danışmağa başlayacaq: “Ukraynada nə edirlər, bura niyə gəliblər və buradan necə çıxacaqlar”.

“Onların bu barədə danışmağa hazır olmaları üçün Ukrayna Silahlı Qüvvələri bir az da güclənməlidir və bunun üçün tərəfdaşlarımızdan istədiyimiz silahlara ehtiyacımız var. Bütün bunlar bitəndə, biz Ukrayna Prezidentindən mandat alacağıq və bundan sonra danışıqlar prosesi yenidən başlayacaq”, – Podolyak əlavə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu