Ukrayna Rusiyanı ABŞ raketi ilə bombaladı
Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Braynsk bölgəsinə ABŞ istehsalı olan uzaqmənzilli taktiki ATACMS raketləri ilə hücum etdiyini açıqlayıb.
BEY.AZ xəbər verir ki, açıqlamada Ukrayna ordusunun Bryansk bölgəsinə 6 ballistik raket atdığı bildirilib. Açıqlamada raketlərin S-400 və “Pantsir” hava hücumundan müdafiə raket sistemləri ilə zərərsizləşdirildiyi qeyd edilib.
Rusiyanın Müdafiə Nazirliyinin məlumatında, “Hücumda ABŞ istehsalı olan ATACMS operativ-taktiki raketlərindən istifadə edilib. Onlardan 5-i vurulub, 1-i zədələnib. Onun hissələri Bryansk vilayətində hərbi obyektin texniki zonasına düşüb” – deyə bildirilib.
Qeyd edək ki, ABŞ administrasiyasının Ukraynaya məhdud şəkildə Rusiya ərazisində uzaqmənzilli ABŞ silahlarından istifadə etməyə icazə verdiyi barədə xəbərlər dərc edilmişdi.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |