Ukrayna rusların iddiasını TƏKZİB ETDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna Rusiya ilə müzakirələrdan imtina edilməsinə dair iddiaları təkzib edib.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin katibliyi məlumat yayıb.
“Bu, doğru deyil. Biz qarşıdurmaların azalması üçün həqiqi təkliflərə açığıq”, – açıqlamada qeyd olunub.
Qeyd edək ki, bu gün Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putin dünən günortadan sonra Kiyevlə gözlənilən danışıqlarla əlaqədar Ukraynada qoşunların irəliləyişini dayandırmağı əmr edib, lakin Ukrayna tərəfi danışıqlardan imtina etdiyinə görə, əməliyyat planına uyğun olaraq bu gün günortadan sonra Rusiyanın əsas qüvvələrinin irəliləməsi bərpa edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.