Ukrayna “Typhoon” qırıcılarını almaqda israrlıdır
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukrayna prezidenti Volodimir Zelenski bu gün Böyük Britaniyaya səfərə gedir.
Metbuat.az xəbər verir ki, Zelenski baş nazir Rişi Sunak ilə görüşəcək, Britaniya parlamentində çıxış edəcək və bu ölkədə təlim keçən ukraynalı əsgərlərlə görüşəcək.
Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Britaniya hökumətinin səfərlə bağlı açıqlamasında önəmli məqam var.
“Bildirilir ki, həyata keçirilən hərbi təlim proqramı genişləndiriləcək və proqrama ukraynalı pilotlara təlim verilməsi də daxil ediləcək. Ukraynalı pilotlara hansı döyüş təyyarəsində təlim keçiləcəyi açıqlanmayıb. Lakin məlumdur ki, Böyük Britaniya Hərbi Hava Qüvvələrinin sərəncamında olan əsas döyüş təyyarəsi 4-cü nəsil “Eurofighter Typhoon” qırıcısının Ukraynaya verilməsi barədə müzakirələr aparılsın”.
Xatırladaq ki, bir müddət əvvəl Britaniya tərəfi qırıcılarının Ukraynaya göndərilməsini praktiki hesab etməmişdi.
“Britaniyanın “Typhoon” və “F-35″ qırıcılarının idarə edilməsi son dərəcə mürəkkəbdir və onu öyrənmək üçün aylarla vaxt sərf etmək lazımdır. Bunu nəzərə alaraq, bu təyyarələrin Ukraynaya göndərilməsinin praktiki olmadığına inanırıq”, – deyə Britaniya mənbələri yazmışdı.
Öz növbəsində Baş nazir Rişi Sunak da bu səfərin önəmli olduğu ilə bağlı açıqlamalar verib.
“Prezident Zelenskinin Böyük Britaniyaya səfəri onun ölkəsinin cəsarətinin, qətiyyətinin və mübarizəsinin, iki ölkəmiz arasındakı sarsılmaz dostluğun sübutudur. 2014-cü ildən bəri Böyük Britaniya Ukrayna qüvvələrinə öz ölkələrini müdafiə etmək, suverenliyini qorumaq və əraziləri uğrunda döyüşmək imkanı verən vacib təlimlər keçib. Mən fəxr edirəm ki, bu gün biz bu təlimi əsgərlərdən dəniz piyadalarına və döyüş təyyarəsi pilotlarına qədər genişləndirəcəyik və Ukraynanın gələcəkdə öz maraqlarını yaxşı müdafiə edə biləcək hərbçilərə malik olmasını təmin edəcəyik”, – Britaniya Baş naziri Sunak deyib.
Qeyd edək ki, bundan əvvəl Zelenskinin Belçikaya da səfər edəcəyi barədə məlumat yayılmışdı. Ötən ilin fevralında müharibənin başlamasından sonra Ukrayna prezidenti cəmi bir dəfə xarici ölkəyə – ABŞ-a səfər edib.
Gülbəniz Hüseynli / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukrayna #Typhoon #qırıcılarını #almaqda #israrlıdır