“Ukrayna xalqının mübarizəsini dəstəkləyirik” – Borrell
“Avropa İttifaqı Ukrayna xalqının ruslara qarşı mübarizəsini tam dəstəkləyir”.
BEY.AZ xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell məlumat verib.
Aİ-nin ali nümayəndəsi Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə cəbhədəki son hadisələri və Rusiya Federasiyasının Kursk vilayətində əks-hücum əməliyyatını müzakirə edib.
“Rusiyanın əsassız işğalı Ukraynanın müqavimətini qıra bilmədi və indi Rusiya öz ərazisinə geri çəkilmək məcburiyyətindədir”, – Borrell vurğulayıb.
Öz növbəsində, Kuleba Borrell ilə söhbət zamanı Ukrayna ilə Aİ arasında silah istehsalı və təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımlara diqqət çəkib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |