fbpx

“Ukrayna Zelenski ilə Putin arasında görüşə hazırdır”

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UkraynaRusiyanın nümayəndə heyətləri arasında Türkiyədə keçirilən danışıqlarda düzgün ab-hava yaradıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Varşavada keçirdiyi brifinqdə bildirib.

“Türkiyə Prezidentinə göstərdiyi səylərə görə minnətdarıq. Səmimi deyirəm ki, onun Ukrayna və Rusiya arasında danışıqlar məsələsinə şəxsən diqqət yetirməsi sayəsində bu danışıqları Belarusdan Türkiyəyə keçirmək mümkün oldu. Bu, birmənalı olaraq müsbət qərardır. Eləcə də onun, diplomatik dillə desək, danışıqlarda düzgün ab-hava yaratdığı qeyd olunmalıdır. Çünki Ərdoğan danışıqlar başlamazdan əvvəl iştirakçılara müraciət edib”, – Kuleba deyib.

O bildirib ki, Türkiyə diplomatiyasının bu uğurlarını nəzərə alsaq, Türkiyədə prezidentlər Zelenski və Putin arasında görüş təşkil oluna bilinəcəyi halda bu təşəbbüsü yalnız alqışlayacaqlar.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin