Ukraynada Atom Elektrik Stansiyası bombalandı: “Avropanın sonu ola bilər”
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında baş verən yanğın söndürülüb.
Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bununla belə təhlükə tam sovuşmayıb. Bildirilir ki, yanğın təlim korpusunu əhatə edib. Xəsarət alan olmayıb. Röyters agentliyinin məlumatına görə, stansiya rusların nəzarətinə keçib.
Qeyd edək ki, ötən gecə prezident Vladimir Zelenski Zaporojye Atom Elektrik Stansiyasının ruslar tərəfindən atəşə tutulduğunu açıqlamışdı. Onun sözlərinə görə, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye bilərəkdən atəşə tutulub. “Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Burada partlayış Avropanın sonu ola bilər” – deyə Ukrayna lideri bildirmişdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.