Ukraynada “Bayraktar”lar üç gündə 30 milyon dollar dəyərində Rusiya texnikasını məhv etdi
Ukraynada üç gün ərzində bir cüt “Bayraktar” pilotsuz uçuş aparatı Rusiyanın təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib.
Bey.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “Telegram” hesabında yazıb.
“Üç gün ərzində, avqustun 31-dən sentyabrın 2-dək bir cüt “Bayraktar” pilotsuz uçuş aparatı düşmənin təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib. Bunlar 8 ədəd T-72 tankı (birinin təxmini dəyəri 3 milyon dollar), bir “Akasiya” özüyeriyən haubitsa (1,6 milyon dollar), piyada döyüş maşınları (0,6 milyon dollar) və haubitsalardır (0,3 milyon dollar)”, – deyə o qeyd edib.
Həmçinin Zalujnın sözlərinə görə, beş T-72 tankı və bir piyada döyüş maşını zədələnib. “Məhv edilmiş və zədələnmiş Rusiya texnikasının ümumi dəyəri 28,35 milyon dollar təşkil edir”, – deyə o, əlavə edib.