Ukraynada BU DA baş verdi
BEY.AZ informasiya agentliyi xəbər verir
“Ukraynanın Xerson vilayətində naməlum şəxslər avtobuslarda səsgücləndirici vasitəsilə insanları küçəyə çıxmağa çağırmağa başlayıblar”.
Metbuat.az xəbər verir ki, bu barədə “Unian” saytı məlumat yayıb. Qeyd olunur ki, həmin şəxslər insanları çölə dəvət etmək üçün onlara pulsuz çörək veriləcəyini bildirirlər.
Baş verənlərlə bağlı Xerson vilayəti dövlət administrasiyasının mətbuat xidməti məlumat yayıb ki, dövlət administrasiyası və şəhər hakimiyyəti çörəyin pulsuz paylanması üçün kampaniyalar keçirmir. Qeyd olunur ki, insanlar belə hadisələr qarşısında diqqətli olmalıdırlar.
“Bu, işğalçıların təxribatı ola bilər”, – deyə məlumatda bildirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.