fbpx

Ukraynada erməni təxribatının qarşısı alındı

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynanın Xarkov şəhərində erməni icmasının təxribatının qarşısı alınıb.

Metbuat.az xəbər verir ki, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşkilatçılığı ilə Xocalı soyqırımının 30 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirdə “Sonsuz dəhliz” filmi nümayiş olunub. Bundan öncə Xarkovun erməni icması şəhərin dövlət strukturlarına müraciət edərək filmin nümayiş etdirilməsinə qadağa qoyulmasını istəyib.

Bütün maneə və təxribatlara baxmayaraq, Xarkovda Yaroslav Mudriy adına Milli Hüquq Universitetinin tələbələr zalında filmin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan diasporunun üzvləri, soydaşlarımız və Xarkov şəhər sakinləri iştirak ediblər.

Tədbirin təhlükəsizliyini Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidməti qoruyub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin