fbpx

Ukraynada ermənilərin şərlədiyi Misirin məhkəmədən mesajı: “Qarabağ Azərbaycandır”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı şərlənərək 1 ildir ki, Ukraynada həbsdə saxlanılır.

Metbuat.az xəbər verir ki, Kiyevdə ermənilərin tələbi ilə heç bir səbəb olmadan həbs edilən Qasımlı Misir Elman oğlunun məhkəməsi davam edir.

Ukraynadakı Azərbaycan diasporun müavini Elşad İbrahimov bildirib ki, bu məsələnin həll olunması ilə bağlı bütün işlər görülür. O bildirib ki, Misir Qasımlının həbsi lə bağlı məhkəmədə heç bir əsas göstərilmir: “Biz – Ukraynada Azərbaycan Diasporu, Azərbaycan səfirliyi olaraq onun yerinə zamin dururuq. Məhkəmədən xahiş etdik ki, onun cəzası ev dustaqlığı ilə təmin olunsun. Amma bu qərarla razılaşmırlar. Sentyabr ayına olan məhkəmədə biz əlimizdən gələni edəcəyik”.

Rüya tabirlerini burdan oku

Eyni zamanda Misir Qasımlı da məhkəmədən Azərbaycana mesaj göndərib: “ Kiyevdəki Azərbaycan diasporuna xüsusi təşəkkürümü bildirmək istəyirəm. İnanıram ki, məni Kiyev həbsxanasından çıxaracaqlar. Mən dövlətimə də, Prezidentimə də güvənirəm və sözümə əməl edirəm: Qarabağ Azərbaycandır, İrəvan Azərbaycandır!”

Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu