Ukraynada hündürmərtəbəli binaya mərmi düşdü
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukraynanın Luqansk vilayətinin Rubijne şəhərində rus ordusunun mərmisi hündürmərtəbəli binaya düşüb.
Metbuat.az “Unian”a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər, o cümlədən iki uşaq həlak olub. Bu barədə Luqansk vilayət hərbi-mülki administrasiyasının sədri Sergey Qayday məlumat verib.
“Faciə axşam saatlarında Rusiya ordusunun atəşi intensivləşdirdiyi vaxt baş verib. Təxminən saat 20:00 radələrində düşmən Rubejnoyedə hündürmərtəbəli binaya düşüb. Beşinci mərtəbədə mərmi partlayıb. Xilasedicilər ikisi uşaq olmaqla üç nəfərin öldüyünü aşkar ediblər”, – Qayday bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.