Ukraynada ölən uşaqların sayı açıqlandı
BEY.AZ informasiya agentliyi xəbər verir
“Ukrayna şəhərlərində rus hərbçilərinin aktiv döyüşlər aparması səbəbindən ölən və yaralanan uşaqların faktiki sayını müəyyən etmək mümkün deyil”.
Metbuat.az xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat verib .
“28 mart 2022-ci il səhər saat 8:00-a olan məlumata görə, Ukraynada müharibə başlayandan 143 uşaq ölüb, 216 uşaq xəsarət alıb”.
Qeyd edək ki, Ukrayna Baş Prokurorluğunun bir neçə gün öncə açıqladığı məlumata əsasən ən çox zərər çəkmiş uşaqlar Kiyev vilayətində – 64, Xarkov vilayətində – 44, Donetsk vilayətində – 46, Çerniqov vilayətində – 34, Nikolayev vilayətində – 25, Zaporojya vilayətində – 26, Kiyev vilayətində – 16, Jitomir vilayətində – 15, Xerson vilayətində – 15 və Sumi rayonunda – 14 – olub.
Gündəlik bombardmanlar və top atəşləri nəticəsində 566 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 73-ü tamamilə dağıdılıb. 230-dan çox məktəb və 155 uşaq bağçası zədələnərək dağıdılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.