fbpx

Ukraynada yaşananlar Gürcüstan üzərindən Cənubi Qafqaza köçə bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Gürcüstanda separatçı “Cənubi Osetiya respublikası”nın qondarma “prezidenti” Anatoli Bibilov Rusiyaya birləşmək üçün yaxın vaxtlarda “hüquqi prosesə” başlayacaqlarını elan edib. Bibilovun bu açıqlamasının öz qərarından çox, Kremlin sifarişi olduğu məlumdur”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Asif Nərimanlı edib. Ukrayna üzərindən yaşanan geosiyasi qarşıdurmanın Gürcüstan üzərindən Cənubi Qafqaza da köçürülməsi gözlənilən olduğunu qeyd edən ekspertin şərhinə görə, rusların Ukraynaya hücumundan sonra rəsmi Tbilisi maksimum ehtiyatlı mövqe sərgiləsə də, Avropa İttifaqına üzv olmaq istiqamətində fəaliyyətini intensivləşdirir.

Rüya tabirlerini burdan oku

“Mümkündür ki, Rusiya Ukraynadan sonra Gürcüstan üzərində təzyiqi artıracaq. Abxaziya da Cənubi Osetiyanın yolu ilə gedəcəyi istisna deyil. Kreml Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirilməsi məsələsindən ilk dövrdə Tbilisinin siyasi xəttinə təsir etmək məqsədilə istifadə edə bilər, yekun qərar hadisələrin inkişafına uyğun olacaq. Rusiyanın Gürcüstana qarşı Cavaxetiya ermənilərini də aktivləşdirməsi real versiyalardandır. Bibilovun birləşmə istəyini açıqladığı gün Kremlin təbliğatçıları Margarita Simonyanla əri Tiqran Keosayanın Abxaziyaya gəlişi, qondarma “prezident” Aslan Bjaniya ilə görüşü də, xüsusilə Rusiyada Simonyanın da daxil olduğu erməni lobbisinin Cavaxetiyada erməni separatizmini inkişafındakı rolu fonunda diqqət çəkir”.

Asif Nərimanlı bildirdi ki, Cavaxetiyada erməni separatizminin alovlandırılması Gürcüstana qarşı “daxildən zərbə” vurmaqla yanaşı, Azərbaycanın neft-qaz kəmərlərinin bu bölgənin yanından keçəsinə hissəsinə də risklər yarada bilər. Moskvanın “enerji müharibəsi”ndə mövqelərini qorumaq üçün Qərbin alternativ kimi gördüyü layihələrə qarşı Cavaxetiyadakı ermənilərin sabotaj addımlarından istifadə etməsi mümkün ssenaridir.

Rusiyadan texribat: Azərbaycan, rusiyalı sülhməramlıları Qarabağdan ÇIXARA  BİLƏR

“Ukraynada separatçı bölgələrin Rusiyaya birləşmək istəyinin ardından Cənubi Osetiyanın da bu yola düşməsi ermənilərin iştahını daha da artırıb və bunu Rusiyanın post-sovet məkanındakı tanınmamış “respublikalar”la bağlı qərar verdiyi, Qarabağla bağlı da “tanınma” ssenarinin mümkünlüyü kimi dəyərləndirirlər. Qarabağda Donbas ssenarisi post-sovet məkanındakı digər separat bölgələrlə müqayisədə daha çətindir. Birincisi, Türkiyənin təhlükəsizlik qarantiyası var və Ankara ilə üz-üzə gəlmək Moskvanın ən son istəyəcəyi haldır. İkincisi, Azərbaycan Rusiya ilə imzaladığı bəyannamə bu ssenarini sıradan çıxarır”.

Siyasi şərhçi onu da qeyd etdi ki, Türkiyə faktoru və Moskva ilə məlum anlaşmaya rəğmən, problemin qısa müddətdə həlli separatizmin ləğvindən keçir və mövcud geosiyasi qarşıdurma fonunda ən unikal zamanın yetişdiyi aydın görünür.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu