fbpx

Ukraynadakı azərbaycanlı sürücülərin daha bir qrupu təxliyə edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynada olan azərbaycanlı sürücülərin daha bir qrupu təxliyə edilib.

Bu barədə Metbuat.az-a Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) məlumat verilib. Qeyd edilib ki, bu gün səhər saatlarında Odessa şəhərində cəmləşən 12 yük maşını Moldovaya yola düşür.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ABADA-nın aidiyyatı qurumlarla apardığı danışıqların nəticəsi olaraq, sürücülər Moldova-RumıniyaBolqarıstanTürkiyə marşrutu üzrə hərəkət edəcəklər. Sürücülərin təxliyyəsi ilə bağlı həmin ölkələrdəki səfirliklərimizə məlumat verilib. Keçidin sadələşdirilməsi üçün müvafiq işlər görülüb.

Rüya tabirlerini burdan oku

ABADA tərəfindən yola düşən sürücülərin yanacaq təminatı da həll edilib. Bu təxliyyə prosesində Kiyevdə cəmləşən 9 nəqliyyat vasitəsi var.

Növbəti mərhələdə Kiyev və digər ərazilərdən olan bir neçə yük maşınının da təxliyəsi planlaşdırılır.

Bundan öncəki təxliyyə prosesi zamanı 7 yük nəqliyyat vasitəsi Ukrayna hüdudlarından çıxarılıb. Hazırda onlardan 6-ı Bolqarıstanda, biri isə Rumıniya ərazisindədir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu