fbpx

Ukraynadakı azərbaycanlı sürücülərin təxliyəsi başa çatdı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynada baş verən gərginlik nəticəsində beynəlxalq yükdaşımalarını icra edən azərbaycanlı sürücülər həmin ölkə ərazisində çətin və təhlükəli vəziyyətdə qalıblar. Hadisələrin ilk günündən başlayaraq həmin sürücülərin təxliyəsi ilə bağlı Azərbaycan hökuməti tərəfindən işlərə başlanıb, Ukraynanın 6 şəhəri üzrə 39 azərbaycanlı sürücünün olduğu müəyyən edilib.

Sürücülərin təhlükəsiz təxliyəsi üçün MoldovaRumıniyaBolqarıstanTürkiyəGürcüstan marşrutu məqbul hesab edildikdən sonra, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi tərəfindən həmin ölkələrlə danışıqlar aparılıb, azərbaycanlı sürücülərin rahat keçidi üçün viza, gömrük və icazə sənədləri təmin edilib. Yük avtonəqliyyat vasitələrinin davamlı hərəkəti üçün SOCAR-Ukrayna şirkəti vasitəsilə həmin sürücülər Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) hesabına yanacaqla da təmin edilib.

ABADA-dan Metbuat.az-a verilən açıqlamada bildirilib ki, Rusiya-Ukrayna münaqişəsi nəticəsində 3 azərbaycanlı sürücü xəsarət alıb. Onlardan ikisi “Ərkivan transport” nəqliyyat şirkətinin sürücüsü – Bayramov Yusif Asif oğlu və Tahirov Samir Sürəddin oğlu güllə yarası diaqnozu ilə Xarkov şəhər 4 saylı təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Digər sürücü Əsgərzadə Nadir Qadir oğluna ambulator yardım edilib. Sürücü Y.Bayramov bir müddət müalicə aldıqdan sonra xəstəxanadan buraxılıb. Təxliyə olunan Y.Bayramov hazırda Masallı rayonunda ev şəraitində müalicəsini davam etdirir.
Bud və çanaq nahiyəsindən ağır güllə yaraları alan Tahirov Samir Sürəddin oğlu Xarkov şəhər 4 saylı təcili tibbi yardım xəstəxanasında iki dəfə əməliyyat olunub. Martın 18-də S.Tahirov hərbi əməliyyatların gərgin olduğu Xarkov şəhərindən humanitar koridordan yararlanaraq xüsusi təcili tibbi yardım avtomobili ilə Moldova Respublikasına təxliyə edilib. Kişinyov şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən S.Tahirov vəziyyəti ağır olduğundan əlavə iki cərrahi əməliyyat da keçirib.

Rüya tabirlerini burdan oku

Sürücünün həyatına təhlükə olduğu, daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, Samir Tahirov aprelin 1-də təcili tibbi yardım təyyarəsi ilə Türkiyə Respublikasının Ankara şəhərinə yola salınıb. Yaralı sürücü Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Hazırda həmin tibb mərkəzində müalicəsini davam etdirir.

Yaralı sürücü S.Tahirovun Türkiyə Respublikasına nəqli və müalicəsi avtomobil daşıyıcılarının ictimai birliyi olan ABADA tərəfindən qarşılanıb.

Qeyd edək ki, Ukrayna ərazisindən ümumilikdə 36 yük avtonəqliyyat vasitəsi üzrə 39 sürücünün təxliyəsi baş tutub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu