fbpx

Ukraynalı idmançılar ölkələri üçün sülh istəyərkən Çinin senzurası Pekin-2022-də diqqət çəkdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Pekin-2022 Qış Paralimpiya Oyunlarının rəsmi açılış mərasimində ukraynalı idmançıların çıxışı televiziyada yayımlanmayıb.

Metbuat.az xəbər verir ki, 20 nəfərlik Ukrayna komandası “Müharibəyə son, Ukraynaya sülh” şüarları səsləndirərkən digər ölkələrin idmançıları Ukrayna yığmasına dəstək olublar. Hətta ukraynalı paralimpiyaçıların bəziləri göz yaşlarını saxlaya bilməyib.

Lakin CNN-nin yaydığı xəbərə görə, açılış mərasimində Beynəlxalq Paralimpiya Komitəsinin sədri Endryu Parson sülh mesajına senzura tətbiq edib. Belə ki, çinli tərcüməçi müharibə ilə bağlı hissələri tərcümə etməyib. Hətta Çin Dövlət Televiziyası da 20 nəfərlik Ukrayna paralimpiya komandası gələndə mərasimin keçirildiyi stadionu geniş bucaqdan göstərən görüntü yayıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin