Ukraynanın Milli Qəhrəmanı azərbaycanlı Vidadi İsrafilov da döyüşdədir
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukraynanın Milli Qəhrəmanı, azərbaycanlı Vidadi İsrafilov da hazırda döyüşdədir.
Məşhur “Azov” taborunda döyüşən zabit Vidadi İsrafilov indi ən ağır hərbi əməliyyatların getdiyi bölgədədir.
Metbuat.az milli.az-a istinadən xəbər verir ki, əslən Şəkidən olan 55 yaşlı V.İsrafilov iki övlad atasıdır. O, 1999-cu ildən bəri Ukraynada yaşayır, Ukrayna vətəndaşıdır.
V.İsrafilovun qızı Ukrayna DİN-nin Milli Akademiyasını, oğlu isə Kiyev Milli İnşaat və Memarlıq Akademiyasını başa vurub.
Əvvəllər inşaat şirkətində işləmiş V.İsrafilov 2014-cü ildə könüllü olaraq “Azov” taburuna qoşulub.
İndi o, Xerson istiqamətindəki döyüşlərdə iştirak edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.