fbpx

Ukraynanın “Qarakənd faciəsi”​ – Rusiya öz istehsalı olan helikopteri kənardan qəzaya uğradıb?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Ukraynada baş verən helikopter qəzası istənilən halda, hərbi-siyasi proseslərə təsir göstərə bilər. Çünki bu qəzada Ukraynanın yüksək rütbəli dövlət təmsilçiləri həlak olub”.

Bu fikirləri Metbuat.aza açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli Ukraynada baş verən və ölkənin önəmli şəxslərinin həlak olduğun helikopter qəzasının səbəblərini şərh edən zaman deyib. Analitik bildirdi ki, Rəsmi Kiyev bu məsələni araşdırmaq niyyətindədir.

Rüya tabirlerini burdan oku

Elçin Xalidbəyli

“Hələlik ilkin versiya kimi sadəcə, qəza variantı ön plandadır. Rusiya mənbələri helikopterin Ukrayna hərbçiləri tərəfindən səhvən vurulduğunu iddia edirlər. Ancaq Rusiyanın bu məsələ ilə bağlı hansısa versiya irəli sürməsinin özü də kifayət qədər şübhəli məqamdır. Hər halda, Rusiyanın belə tez-tələsik iddialar ortaya ataraq, gündəmi hansısa ehtimalla yükləməyə çalışması helikopterin vurulması ilə bağlı şübhələri özündən uzaqlaşdırmaq cəhdinə də bənzəyir. Əslində, Rusiyanın belə təcrübəsi olmamış deyil. Vaxtilə Azərbaycanda da oxşar hadisə baş vermişdi. Həmin helikopterin ermənilər tərəfindən vurulduğu bildirilir. Ancaq helikopterin uçuş koordinatlarının Rusiya tərəfindən ermənilərə ötürülmə versiyası da mövcuddur”.

Qəzaya uğrayan Ukrayna helikopterinin Rusiya istehsalı olması barədə iddiaların da böyük önəm daşıdığını ifadə edən Elçin Xalidbəyli hesab edir ki, bu halda, helikopterə kənardan müdaxilə etmək versiyasını da nəzərə almaq məcburiyyəti yaranır. Yəni Rusiya öz istehsalı olan helikopteri kənardan müdaxilə edərək, qəzaya uğratmaq imkanlarına malikdir.

“Digər tərəfdən, helikopterin birbaşa raketlə vurulması versiyası da araşdırılır. Son vaxtlar Kremlə yaxın siyasi dairələrdə Ukrayna rəhbərliyinə daxil olan yüksək rütbəli şəxslərin hədəfə alınmasına yönəlik çağırışlara da rast gəlinir. Bu baxımdan, helikopterin Rusiya tərəfindən vurulma ehtimalı da qətiyyən istisna deyil. Ancaq istənilən halda, müasir texnologiyaların imkanları sayəsində bunu qısa müddətdə aydınlaşdırmaq mümkündür. Yəqin ki, əsl həqiqət Ukraynanın artdığı araşdırma ilə ortaya çıxacaq. Əgər, helikopterin Rusiya tərəfindən vurulduğu sübut olunarsa, Kreml üçün əlavə problemlər yarana bilər”.

Elçin Xalidbəyli qeyd etdi ki, bu halda, ABŞ və Qərb Ukraynaya daha effektiv hücum silahları vermək üçün səbəb qazanmış olacaq.

“Nəticədə Ukrayna yeni müasir NATO silahları ilə Rusiyanın sərhədləri içərisindəki hərbi obyektlərə daha dəqiq və intensiv zərbələr endirmək imkanlarını artıra bilər. Nəticədə Rusiyanın olduqca ağır və müdafiəsiz duruma düşə biləcəyi qətiyyən istisna deyil. Bu isə Rusiyanın hərbi məğlubiyyətini daha da tezləşdirə bilər. Bütün bunları nəzərə aldıqda, əgər, helikopter Rusiya tərəfindən vurulubsa, bunu Kremlin növbəti bağışlanılmaz səhvi kimi də qəbul etmək olar” – deyə Elçin Xalidbəyli fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukraynanın #Qarakənd #faciəsi #Rusiya #öz #istehsalı #olan #helikopteri #kənardan #qəzaya #uğradıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu