Ukraynanın taxıl problemi həll olunur
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Ukraynadan taxılın dünya bazarlarına təhlükəsiz çatdırılmasını təmin etmək mexanizmini formalaşdırmaq üçün diplomatik təmaslar aparır.
Metbuat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə tərəfi ilə Rusiya, Ukrayna və BMT nümayəndələri arasında aparılan danışıqlar nəticəsində “taxıl dəhlizi”nin funksionallığını təmin etmək üçün yol xəritəsi hazırlanıb.
Yaxın vaxtlarda İstanbulda Rusiya, Türkiyə, Ukrayna və BMT-nin iclası keçiriləcək. İclasda Ukrayna limanlarından taxıl ixracı müzakirə olunacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.