Ukraynanın yeni səfiri Azərbaycana gəldi
Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuri Qusev Bakıdadır və artıq fəaliyyətə başlayıb.
BEY.AZ xəbər verir ki, bununla bağlı ukraynalı səfir “X” hesabında bildirib.
Dipliomat Azərbaycanda missiyasının ilk günündə Bakıda keçirilən Dünya Kubokunun mərhələsində uğurla çıxış edən ukraynalı bədii gimnastika komandası ilə görüşdüyünü vurğulayıb.
Xatırladaq ki, Ukraynanın bundan əvvəlki səfiri Vladislav Kanevskinin səlahiyyət müddəti bu il bitib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.