Ulduz futbolçu Fabreqasın klubunu seçdi
“Tottenhem”in və “Beşiktaş”ın keçmiş ulduzu Dele Alli yeni klubla anlaşıb.
BEY.AZ xəbər verir ki, ingilis yarımmüdafiəçi İtaliya A Seriyasının “Komo” klubu ilə məşqə çıxa bilər. Klubu, “Arsenal”ın və “Çelsi”nin keçmiş yarımmüdafiəçisi Sesk Fabreqas çalışdırır. O Delenin kluba qatılacağını ifadə edib. Fabreqas bildirib ki, futbolçu “Komo” klubulunun məşqlərinə qatıla bilər. Futbolçu uğurlu məşq edə bilsə heyətə düşə bilər. Qeyd edək ki, Dele Alli hazırda azad agentdir.
O zədə problemlərindən sonra tam hazırlığını bərpa etmək üçün “Everton” ilə məşq edir. Futbolçu “Everton”dan təklif almadığı üçün yeni təklifləri nəzərdən keçirib
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |