fbpx

Ulduz futbolçuya çılğın təklif – Pul ağlını qarışdırdı



Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəssr” Kevin de Bruyneni heyətinə qatmaq üçün çılğın transfer büdcəsi ayırıb.

BEY.AZ xəbər verir ki, “Əl-Nəssr””Mançester Siti” ilə müqaviləsi gələn mövsüm başa çatacaq belçikalı ulduz üçün təklif irəli sürüb. Bildirilib ki, “Əl-Nəssr” futbolçuya həftədə 1 milyon avro qazana biləcəyi müqavilə təklif edib. Qeyd edilir ki, Pep Qvardiolanın “Mançester Siti” ilə müqaviləsinin müddətini uzadıb-uzatmayacağı məlum olmadığı üçün futbolçu klubdan ayrıla bilər.

Qeyd edək ki, bu mövsüm komandası ilə 6 oyuna çıxan belçikalı futbolçu 1 qol vurub, 1 məhsuldar ötürmə edib. Kevin De Bruyne Çempionlar Liqası da daxil olmaqla, karyerası ərzində ümumilikdə 24 kubok qazanıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin