“Ümid edirəm ki, Türkiyə bizə “xoş getdiniz” deməyəcək”
BEY.AZ informasiya agentliyi xəbər verir
Münhen Təhlükəsizlik konfransının rəhbəri Volfganq İsşinger diqqətçəkən açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Türkiyə qərbin təhlükəsizliyinin təmin edilməsində mühüm önəm daşıyır. İsşinger ümid edir ki, Türkiyə NATO-nu tərk etmək barədə düşünməz. O deyib:
“Qərb ölkələri gərginliyə baxmayaraq Türkiyə ilə mümkün olduğu qədər yaxın əlaqələr qurmalıdır. Mən bütün fikir ayrılıqlarına baxmayaraq, Türkiyənin fəal bir NATO üzvü olaraq aramızda qalmasını istəyərəm. Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi uzadılsa da, AB Türkiyə ilə əlaqələrini qorumalıdır. Türkiyə ilə dərin fikir ayrılıqlarını diplomatik yollarla yumşaltmaq olar. Türkiyənin Böyük Britaniyanın getdiyi yolla gedib bizlərə “xoş getdiniz” deməsini istəmərəm”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.