Ümid edirik ki, COP29 uğur hekayəsi olacaq
COP29-a sədrlik etmək böyük məsuliyyətdir.
BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Nazir deyib ki, Azərbaycan özü inkişaf etməkdə olan dünyanın bir parçasıdır və bu ölkələrin üzləşdiyi çətinlikləri anlayır.
XİN rəhbəri qeyd edib ki, Azərbaycanın COP29-a sədrliyi inkişaf etməkdə olan ölkələr üçün böyük bir fürsətdir: “Çünki qeyd etdiyim kimi, biz inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemlərin fərqindəyik. Bu mənada Azərbaycan inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin yaratdığı problemlərin öhdəsindən gəlməsi, adaptasiyası üçün maliyyə resurslarının təminatına imkan verən yekun sənədin razılaşdırılması üçün çalışacaq. Ümid edirik ki, COP29 uğur hekayəsi olacaq”.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |