fbpx

Un bahalaşdı: Çörəyin qiyməti artacaq?

Rüya Yorumları burda


“Unun bahalaşması çörəyin qiymətini yüksəltməyəcək”.

BEY.AZ xəbər verir ki, bunu iqtisadçı Pərviz Heydərov deyib. O qeyd edib ki, son vaxtlar ölkədə buğda məhsulları və çörəyin istehsalı azalmaqdadır:

“2023-cü ildə unun istehsal həcmi illik müqayisədə 2,6% azalaraq 1 milyon 328 min 750 tona, çörək isə 3,1% azalaraq 1 milyon 207 min 150 tona düşüb. İdxalın azalması da elə məhz bununla əlaqədardır. Hesab edirəm ki, istehlak səbətində əsas yer tutan bu strateji məhsulun qiymətində spekulyativ təsir və təzyiqlər var. Buna son qoymaq üçün yerli istehsal ilə idxalda inhisarçılıq aradan götürülməlidir. Ölkədə çörək və digər un məmulatlarının qiymətləri tədricən sərbəst buraxılarsa, yerli buğda istehsalı da həm həcmcə, həm də keyfiyyətcə arta bilər”.

Gülbəniz Hüseynli / BEY.AZ



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu