fbpx

UNESCO İcra Şurasının sessiyasında Azərbaycanın bəyanatı səsləndirild

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Azərbaycan UNESCO-nun prioritet və proqramlarının səmərəli şəkildə həyata keçirilməsinə böyük önəm verir. Ölkəmiz UNESCO və ona üzv dövlətlərlə açıq, şəffaf və inklüziv şəkildə işləməkdə qətiyyətlidir. Azərbaycan mədəniyyətlərarası dialoq, eləcə də irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində təşkilatın irəli sürdüyü təşəbbüsləri fəal şəkildə dəstəkləyir, “Bakı Prosesi” və “Mədəniyyət naminə sülh” kimi qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlər və dinlər arasında dialoqu ardıcıl olaraq təşviq edir”.

Metbuat.az xəbər verir ki, bu fikirlər Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev təşkilatın İcra Şurasının 217-ci sessiyasında təqdim etdiyi ölkəmizin milli bəyanatında yer alıb.

Bildirilib ki, Azərbaycan öz milli imkanları daxilində və Qoşulmama Hərəkatının sədri kimi sülh, təhlükəsizlik və Qlobal Dayanıqlı İnkişaf Gündəliyinə töhfə verməkdə davam edir, beynəlxalq həmrəyliyi və çoxtərəfliliyi təşviq etmək üçün səylərini əsirgəmir. Ancaq regionda hələ də mövcud olan irqçilik, ayrı-seçkilik və bununla bağlı dözümsüzlük kimi təhlükəli tendensiyalar narahatlıq doğurur.

“Ermənistan 30 illik hərbi təcavüz zamanı Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsi tamamilə dağıdıb, talan edib və vandalizmə məruz qoyub. Tarixi abidələr, məscidlər, məbədlər, məqbərələr, muzeylər, eksponatlar, sənət qalereyaları, arxeoloji abidələr və kitabxanalar kimi mədəni sərvətlər ən vəhşicəsinə talan olunaraq yerlə-yeksan edilib. İşğal zamanı Azərbaycanın təhsil infrastrukturuna da ciddi ziyan vurub. Azərbaycanın işğal altında olmuş ərazilərində 2000-dən çox təhsil müəssisəsi Ermənistan tərəfindən tamamilə dağıdılıb. Ermənistanda da Azərbaycanın mədəni irsinin dağıdılması, talan edilməsi və mənimsənilməsi üzrə sistemli siyasət həyata keçirilib. Ermənistanda azərbaycanlıların tarixi izləri qəsdən məhv edilib, İrəvan, Qərbi Zəngəzur, Vedi, Nüvədi, Göyçə və bir çox digər dədə-baba və tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların izləri tamamilə silinib”, – bəyanatda vurğulanıb.

Diqqətə çatdırılıb ki, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də sarsıdıcı təsir göstərib. Azərbaycanın mədəni irsinin Ermənistan tərəfindən dağıdılması hər bir azərbaycanlının mədəni hüquqlarına, xüsusən də hər kəsin mədəni irsdən istifadə hüququna mənfi təsir göstərib. Azərbaycan hökumətinin, çoxsaylı Azərbaycan QHT-lərinin və Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlığını ifadə edən və bu ölkədə mövcud vəziyyəti qiymətləndirmək üçün UNESCO-nun Baş direktoruna faktaraşdırıcı missiya göndərməklə bağlı müraciət Azərbaycan xalqının haqlı tələbidir.

Rüya tabirlerini burdan oku

2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından ötən üç il ərzində Ermənistan Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmə saxlamışdı. Bu ölkə, həmçinin Laçın yolundan Azərbaycanın suveren ərazisində separatizmi alovlandırmaq üçün istifadə edib. 2023-cü ilin sentyabrında qanunsuz erməni silahlı birləşmələrinin çoxsaylı hərbi təxribatlarına və təxribat xarakterli əməllərinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirləri həyata keçirib. Antiterror tədbirləri zamanı humanitar hüququn normalarına tam uyğun olaraq mülki şəxslərə və mülki infrastruktura zərər vurmamaq üçün bütün işlər görülüb.

Bəyanatda qondarma rejimin ləğvi, qeyri-qanuni silahlı birləşmələrin tərk-silah edilməsi, yerli erməni sakinlərin reinteqrasiyası prosesi, bunun üçün xüsusi portalın yaradılması, dialoq üçün əlverişli mühitin yaradılması, Azərbaycanın Ermənistanla normallaşma planı barədə də məlumat verilib.

Diqqətə çatdırılıb ki, BMT-nin Azərbaycanın Qarabağ bölgəsi, xüsusilə də Xankəndi şəhəri üzrə missiyasının hesabatında mülki ictimai infrastruktura, eləcə də mədəni və dini məkanlara heç bir ziyanın dəymədiyi, Azərbaycanın Xankəndidə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığı, mülki şəxslərə qarşı zorakılığa yol verilmədiyi bildirilib.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi sülh şəraitində birgə yaşamaq üçün tarixi imkan var.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #UNESCO #İcra #Şurasının #sessiyasında #Azərbaycanın #bəyanatı #səsləndirild

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu