“Unibank” Bakıda keçiriləcək paracüdo üzrə Dünya Çempionatının dəstəkçisidir
BEY.AZ informasiya agentliyi xəbər verir
“Unibank” noyabrın 8-10-da Bakıda keçiriləсək paracüdo üzrə Dünya Çempionatının əsas tərəfdaşlarından biridir.
Ölkəmizdə ilk dəfə keçirilən paracüdo idman növü üzrə dünya çempionatında 45 ölkədən 250 idmançının iştirakı gözlənilir. Bu beynəlxalq tədbir “Paris 2024” XVII Yay Paralimpiya Oyunlarına ən çox reytinq xalları qazandıran yarışlardandır və bu səbəbdən çempionata maraq çox böyükdür.
“Unibank” 2018-ci ildən bu yana Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq edir. Bank Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza ataraq, 4 il ərzində Güllə atıcılığı üzrə milli paralimpiya komandasının əsas dəstəkçisi olub. Bu müddət ərzində Bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və beynəlxalq oyunlarda rəsmi tərəfdaşı kimi komandanın inkişafına dəstək verib. Bundan başqa Unibank paracüdo üzrə “IBSA Judo Grand Prix Baku 2021” tədbirinin də əsas tərəfdaşlarından biri olub.
“Unibank” KB ASC 1992-ci ildən fəaliyyət göstərir. 30 illik fəaliyyəti dövründə Bank uğurlu kommersiya fəaliyyətinə və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
“Unibank”-Sənin Bankın!
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.