fbpx

Unibank “Əjdaha” lotereyasının növbəti qaliblərinə hədiyyələri təqdim edib

Rüya Yorumları burda


“Unibank”ın “Əjdaha” lotereyasının üçüncü tirajının qaliblərinə hədiyyələr təqdim olunub.

Tirajın əsas hədiyyələri olan 2 ədəd Toyota Corolla Cross avtomobili və 10 ədəd iPhone 15 Pro telefonu qaliblərə birbaşa təqdim edilib, pul uduşları isə qaliblərin Unibank bank kartlarına köçürülüb. Lotereya qalibləri hər tirajın sonunda Xəzər TV-nin canlı efirində xüsusi kompüter proqramı vasitəsilə seçilir.

“Əjdaha” lotereyasının üçüncü tirajının qalibləri öz təəssüratlarını bölüşüblər:

Nuridə Əmənova 1 ildən çoxdu Unibank müştərisidir: “ Son 1 ildə bütün alış-verişlərimi Ucard-la edirəm. Çox sərfəlidir, çox rahatdır. Lotereya haqda məlumatlı olsam da, bildiriş gələndə ki “Əjdaha” lotereyadan iPhone qazanmısınız, doğrusu inanmadım. Zəng edib bankla dəqiqləşdirdim. Çalışacam növbəti tirajlara çox şans qazanım, çünki avtomobil, mənzil kimi daha gözəl hədiyyələr də var”.

Maksim Kabalnov isə 2018-ci ildən Unibank müştərisidir. Elə qalib olduğunu Xəzər TV-nin canlı efirindən eşidib: “ Lotereya haqda məlumatlıydım. iPhone 15 Pro qazandığımı da canlı efirdən bildim. Telefonuma bildiriş gələndən sonra qalib olduğuma bir daha əmin oldum. Təbii ki, belə gözəl hədiyyə qazanmaq çox sevindiricidir. Doğru bank seçdiyimə bir daha əmin oldum”.

Rüya tabirlerini burdan oku

Daha bir iPhone 15 Pro qalibi Rasim Sadıqov lotereyadan məlumatı olmasa da, ödənişlərini hər zaman Unibankın təqdim etdiyi kart ilə edib: “ Qalib olsam da, olmasam da “Unibank”a həmişə güvənmişəm, xidmətinin keyfiyyətindən, şəffaflığından əmin olmuşam. 10 ildən çoxdur bankın müştərisiyəm və əksər xidmət və məhsulundan istifadə edib, razı qalmışam”.

“Əjdaha” lotereyasının 3-cü tirajında Toyota Corolla Cross avtomobili qazanan Ruslan Əskərov 10 ildən çoxdur “Unibank”ın müştərisidir: “Bu illərdə bankın məhsul və xidmətlərindən hər zaman razı qalmışam, çünki müştəriyə bank üçün dəyərli olduğunu hiss etdirir.Avtomobil böyük və hər kəsin xəyalı olan bir hədiyyədir. Hər tirajda yüzlərlə müştərisinə belə sevinc yaşatdığı üçün “Unibank”ı alqışlayıram”.

Azər Nəsrullayev də üçüncü tirajın avtomobil qalibidir: “Uzun illərdir Unibank kartlarından istifadə edirəm. Lotereyadan məlumatım var idi. Hətta şans sayıma görə pul uduşu qazanacağımı düşünürdüm, amma Toyota Corolla Cross avtomobili udacağımı gözləmirdim. Mənə çox böyük sürpriz oldu. Sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Unibank həmişə seçilməyi bacarıb. Elə bu lotereya, bu qiymətli hədiyyələr də, bunun göstəricisidir”.

Lotereyanın dördüncü tirajının qalibləri noyabrın sonlarında Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçmə üsulu ilə seçiləcək. Artıq oktyabrın 21-dən noyabrın 20-dək Unibank kartları ilə etdiyiniz ödənişlər sizə 4-cü tiraj üçün şans qazandırır. Hər tirajda iştirak etmək üçün həmin tiraj müddətində azı 50 manatlıq ödəniş edib minimum 5 şans qazanmaq lazımdır. Bu halda əvvəlki tirajda qazandığınız şanslar da bura əlavə olunur.

Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən, 8 ədəd Toyota Corolla Cross avtomobilindən, 50 Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də “Əjdaha” lotereyasının iştirakçısı olun!

Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az ) öyrənə bilərsiniz.

Unibank kartınla xərclə və “Əjdaha” lotereyasında iştirak et!

Unibank – Sənin Bankın!






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu