fbpx

“​Unibank”ın 7 faizlik ipoteka kampaniyası davam edir

BEY.AZ informasiya agentliyi xəbər verir


İpoteka kreditini 1% daha ucuz əldə etməklə, kreditin məbləğindən asılı olaraq, ümumi kredit ödənişi dövründə 10-15 min manat əlavə faiz ödənişindən azad olursunuz. İpoteka kreditini 1% endirimlə əldə etməklə, aylıq ödənişləriniz də 40-50 manat azalır.

“Unibank”ın 7%-lik ipoteka krediti kampaniyası, şəxsi mənzil sahibi olmaq istəyənlərin kredit ödənişlərini daha da sərfəli etməyə hesablanıb. Aprelin 30-dək davam edən kampaniya çərçivəsində “Unibank”dan ipoteka kreditlərini 1% daha aşağı faizlə – illik 7% -lə götürə bilərsiniz. Kampaniyanın şərtləri haqda daha ətraflı məlumatı bu linkdən (http://unbk.az/ipoteka) əldə etmək mümkündür.

Kampaniyadan indi istifadə edin ki, ipoteka kreditləri üzrə ayrılmış limitdən faydalananlardan olasınız!

Qeyd edək ki, Unibank 2006-cı ildən Azərbaycan İpoteka Fondunun müvəkkil bankları sırasındadır. Ötən il ipoteka kreditlərinin verilməsi sahəsində bank bu illər ərzində ən yüksək göstərici əldə edib. 2021-ci ildə ümumilikdə 150 nəfərə 10 milyon manatdan çox ipoteka krediti verilib.

İpoteka kreditləri “Unibank”ın “Yasamal”, “Sumqayıt” və “Kəpəz” filiallarında ayrılır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud Facebook, Twitter və Instagram səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.

Unibank-Sənin Bankın!




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin