fbpx

Ürəyə stend qoyulması pulsuz oldu



Ürək damarlarında yaranmış tıxanıqlığı aradan qaldırmaq üçün stentləşmə əməliyyatı (angioplastika) icra olunur. Ürək stentlərinin iki əsas növü var – dərman ifraz etməyən və dərman ifraz edən stentlər.

BEY.AZ xəbər verir ki, hər iki növ stentin taxılması icbari tibbi sığorta ilə ödənişsizdir. Stentin qoyulması barədə qərar pasiyentin tibbi vəziyyəti, damarın darlığının dərəcəsi və digər amillər əsasında həkim tərəfindən verilir.

Kəskin miokard infarktı, stenokardiya kimi ürəyin işemik xəstəlikləri koronar damarlara stentin qoyulması üçün əsas göstərici hesab olunur. Bu hallar hərəkət və fiziki aktivlik zamanı döş qəfəsində ağrı, təngnəfəslik və ya yorğunluq kimi ümumi simptomlarla müşahidə olunur.

Xəstəliyin diaqnostikası üçün əməliyyatdan əvvəl təyin olunan exokardioqrafiya (ExoKQ), elektrokardioqrafiya (EKQ), USM, holter monitorinq, tredmil test, koronaroqrafiya, aortoqrafiya, koronar arteriyalarda damardaxili təzyiqin ölçülməsi kimi funksional diaqnostik, rentgenoloji müayinələr və laborator analizlər icbari tibbi sığorta ilə ödənişsiz aparılır.

Əməliyyat zamanı reanimasiya, stasionarda yatış və bu zaman istifadə olunan dərman, tibbi sərf, həmçinin zəruri müayinələr icbari tibbi sığorta ilə qarşılanır.

Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.

Qeyd edək ki, stentin qoyulması əməliyyatı Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.

Məlumat üçün bildirək ki, stent bədənin müxtəlif hissələrindəki tıxanmış və ya daralmış damarların açılması və qan dövranının yaxşılaşması üçün yerləşdirilən və xüsusi materialdan hazırlanmış nazik borudur. Bu tıxanmalar ürək əzələsini oksigenlə zəngin qanla təmin edən koronar arteriyaların daxili divarlarında yağ yataqlarının, xolesterin və digər maddələrin yığılması nəticəsində yaranır. Ürəyin işemik xəstəliyinin müalicəsi məqsədi ilə koronar arteriyalara yerləşdirilən stentlər vasitəsilə ürək əzələsinə qan axını bərpa edilir və infarktın qarşısı alınır.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin