fbpx

Ürək üçün xeyirli, gözlərə şəfa

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Həkimlərin fikrinə görə, iyul-avqust ayları ürək-damar sisteminə illik tonus vermək üçün ən münasib vaxtdır.

Metbuat.az saglamolun.az-a istinadən ürək-damar sistemi üçün xeyirli olan yay aylarının məhsullarını təqdim edir:

1. Cəfəri. Bu göyərti çox xeyirlidir. Cəfərinin gündə 1 dəfə içilən 1 x/q məhlulu hipertoniya üçün effektiv vasitə sayılır. Həmçinin onun bioaktiv maddələri – xırda qan damarlarını(kapilyarları) möhkəmləndirərək, təngnəfəslikdən kömək edir və ümumiyyətlə ürəyin tonusunu yaxşılaşdırır.

Rüya tabirlerini burdan oku

2. Təzə kartof. Kartof nə qədər şirin olsa, demək onun tərkibində karotinoidləro qədər çoxdur. Karotinoidlər isə ürəyi sərbəst radikalların aqressiv hüceyrələrindən qoruyan təbii antioksidantlardır. Həmçinin təzə kartofda çoxlu miqdarda kaliy vardır ki, o, ürəyə çox xeyirlidir. Kaliy əsasən şişləri olan və sidikqovucu dərmanlar qəbul edənlər üçün çox lazımlıdır.

3. Pomidor. Bu məhsulun da tərkibində kaliy və maqniy çoxdur, lakin, əsas olan odur ki, təbii və natural pomidorun tərkibində ürək üçün çox xeyirli olan likopin antioksidantı var. Tomat şirəsi rahatlıqla arteriyal və kəllədaxili təzyiqi aşağı salır. Onu həm hipertoniya, həm də qlaukoma hallarında içmək məsləhət görülür. Həmçinin pomidorda insan orqanizmini günəş şülarının ziyanlı təsirindən qoruyan maddələr vardır.

4. Qaysı. Bu sehirli meyvə ürəyi sinir gərginliyi və aritmiya zamanı sakitləşdiri. Tərkibində oaln meyvə şəkərərinin böyük miqdarına görə, o, beyinin qidalanmasını yaxşılaşdırır və hipoksiya (insan hüceyrələrinin oksigen çatışmazlığı) ilə mübarizə aparırı. Həmçinn qaysı yüngül sidikqovucu təsirə malikdir ki, o da yay ayları üçün çox xeyirlidir, belə ki, bir çoxları yaty aylarında limfatik şişlərdən əziyyət çəkir.

5. Moruq. Bu giləmeyvə, damarların aterosklerozu üçün əla profilaktikadır. Belə ki bu giləmeyvənin tərkibində salisil turşusu vardır, o isə, qanı durulaşdıraraq( istidə qan qatılaşır), tromb və spazmalarla mübarizə aparırı.

6. Qaragilə. Uşaqlıqdan hamımız bilirik ki, bu giləmeyvə gözlər üçün çox xeyirlidir. Belə ki,görmə qabiliyyətini normada saxlayan, antosian adlı aktiv maddələr, ürək-damar sistemi üçün ondan heç də az xeyirli sayılmır. Bu maddələr yeni kapilyarların əmələ gəlməsini və qanın oksigenlə doymasını stimullaşdırır.

7. Qara üzüm. Bu sort üzümün tərkibində çoxlu miqdarda bioflavonoidlər vardır. Bu o maddələrdir ki, orqanizmdə gedən turşuluq prosesinii zəiflədir, damarları tonusda saxlayır və trombların əmələ gəlməsinə imkan vermir.

8. Sarımsaq. Bostandan yığılan təbii sarımsaq yalnız bir halda xeyirli sayılır – onu əzdikdə. Bioloqların dediyinə görə, qoxulu dişə göstərilən məhz travmatik təsir, onda alisin maddəsinin yaranmasını təmin edir.bBu maddə qan damarlarına güclü stumillaşdırıcı təsir göstəriri. Belə ki, iti bıçaqla sarımsağı səliqəli doğramağına dəyməz, onu yalnız əzmək və ya sadəcə ovucun qırağ ilə əzmək daha məsləhətlidir.

9. Zəncəfil. Tərkibində olan kəskin kapsaisin fermenti, ən xırda damarlarda belə qan dövranın stimullaşdırır və hipertoniya və baş ağrıları zamanı spazmı aradan qaldır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ürək #üçün #xeyirli #gözlərə #şəfa

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu