fbpx

“Ürəyimə dammışdı ki, şəhid olacaq”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Cəbrayılın şəhid olması xəbərini sosial mediada onun əsgər yoldaşları paylaşmışdı. Övladımın şəhid olduğu xəbərini qohumlarımdan eşitdim. O an artıq mən özümdə deyildim. Xəbəri eşidəndə keçirdiyim hisləri sözlə ifadə etmək mümkün deyil. Elə bir halda idim ki, oğlumla bağlı xəbərlərə baxa bilmirdim”.

Metbuat.az “Tns.az”a istinadən bildirir ki, bu sözləri şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə müsahibəsində deyib. O, həmçinin qeyd edib:

“Oğlumla sonuncu dəfə onun ad günündə – 19 sentyabrda danışmışıq. Cəbrayıl mənə telefonla fotolar göndərmişdi. O, öz gələcəyi barədə danışırdı. Daha sonra müharibə haqqında üstüörtülü bir-iki söz dedi. Oğlumla telefon danışığımız zamanı səsini yazırdım. Çünki onun üçün darıxırdım. Mən Cəbrayılım üçün hər dəfə darıxanda telefonda oğlumun səsini dinləyirdim. Sanki ürəyimə dammışdı ki, oğlum şəhid olacaq”.

Rüya tabirlerini burdan oku

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2001-ci ildə anadan olub. Qəhrəmanımız 2019-cu ilin oktyabrından Sərhəd Qoşunlarının sıralarında Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib.

O, sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. Şəhid özünə ideal bildiyi general Polad Həşimovun yaxınlığında, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ürəyimə #dammışdı #şəhid #olacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu