fbpx

Ürəyimizi qoruya, xərçəngin qarşısını ala bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qoz-fındıq antioksidantlar, vitaminlər, liflə zəngindir, iltihab əleyhinə və digər xüsusiyyətlərə malikdir. Bu təsiredici qidalanma profili xərçəngin qarşısını almaq üçün “kifayət qədər uyğun” görünür.

Hər iki insandan birində həyatı boyu xərçəngin bu və ya digər forması inkişaf edəcək. Bu statistika qorxulu perspektivdir, lakin tədqiqatlar göstərir ki, ölümcül xəstəlik riski dəyişdirilə bilər.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, qoz-fındıq xəstəliyin qarşısını ala və bu xəstəlik səbəbindən ölüm riskini əhəmiyyətli dərəcədə – 40 faiz azalda bilər.

Rüya tabirlerini burdan oku

“Beləliklə, indi artıq günortadır, siz şokolad və ya bəlkə də peçenye arzusundasınız. Lakin bunun əvəzində mən tərkibində zülal olan qəlyanaltı yeməyinə hazırlaşıram ki, o ürəyimi qoruya, xərçəngin qarşısını ala və beyinə təkan verə bilər”, – deyə həkim-diyetoloq Vasilisa Ponomaryova bildirib.

Faydalı piylər, zülal, lif və iltihab əleyhinə xüsusiyyətlərlə zəngin olan qoz-fındıq sadəcə dadlı qəlyanaltıdan daha çox şey təklif edir.

Tədqiqatlar göstərir ki, kiçik porsiyalar xərçəng, şəkərli diabet və ürək xəstəlikləri də daxil olmaqla, bir sıra problemlərlə bağlı riski azalda bilər.

“İspaniyada yeddi mindən çox yaşlı insanın iştirakı ilə aparılan beşillik müdaxiləçi tədqiqat göstərib ki, həftədə üç dəfədən çox qoz-fındıq qəbul edən qrupda xərçəngdən ölmə riski 40 faiz az idi. Bu nəticəyə, spirtli içkilərin istehlakı, fiziki aktivlik və siqaret çəkmək kimi digər həyat tərzi faktorları nəzərə alındıqdan sonra gəlinib”.

Qoz-fındığın nisbətən bahalı olmasına baxmayaraq, bədəninizin sağlamlığını qorumaq və xərçəng riskini azaltmaq üçün əmanətlərinizdən istifadə etməyə gərək yoxdur. Diyetoloq izah edib ki, məqsədə nail olmaq üçün gündə bir ovuc qoz-fındıq kifayət etməlidir.

Buna görə, qoz-fındığı çox faydalı hesab etdiyimizə baxmayaraq, onun böyük miqdarda qəbul edilməsi həkim-diyetoloq tərəfindən tövsiyə edilmir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ürəyimizi #qoruya #xərçəngin #qarşısını #ala #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu