fbpx

Ürəyin ritmini tənzimləyir, xəstəliklərin qarşısını alır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Şaftalı Şərqdə cavanlığın və uzunömürlülüyün rəmzi sayılır.

Metbuat.az saglamolun.az-a istinadən xəbər verir ki, diyetoloqlar şaftalı və şaftalı şirəsini uşaqlar və hamilə qadınların qidalanmasına daxil etməyi tövsiyə edirlər.

Şaftalı bağırsaqların fəaliyyətini yaxşılaşdırır və bu səbəbdən qəbizlikdən əziyyət çəkənlər üçün çox faydalıdır.

Rüya tabirlerini burdan oku

Həmçinin “tüklü meyvə” iştahanı artırır və həzmi yaxşılaşdırır.

Kalium və maqneziumla zəngin olan şaftalı ürək əzələsinin sağlamlığını qoruyur, ürəyin ritmini tənzimləyir. Ürək xəstəliklərindən əziyyət çəkənlər hər gün 1 stəkan şaftalı şirəsini içməlidir. Bu çox yaxşı müalicəvi və həmçinin profilaktik vasitədir.

Şaftalı yüngül sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik kisəsini təmizləyir.

Şaftalı əqli fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalıdır – beyinin fəaliyyətinə müsbət təsir edir, yaddaşı yaxşılaşdırır.

Şirin ətirli meyvə insanın əhval-ruhiyyəsini yaxşılaşdırır, stressi azaldır. Şaftalı yağının iyi baş ağrıları zamanı çox yaxşı kömək edir.

Şaftalı və şaftalı yağı kosmetologiyada çox geniş istifadə olunur. Şaftalı dərini cavanlaşdırır, daha elastik və dartılmış edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ürəyin #ritmini #tənzimləyir #xəstəliklərin #qarşısını #alır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu