fbpx

Uşaqlara görə nə qədər sosial müavinət verilir?



Azərbaycanda uşaqlara görə sosial müavinət alan ailələrin sayı artıb.

BEY.AZ Modern.az-a istinadən bildirir ki, 2024-cü ilin əvvəlində Azərbaycanda sosial müavinət alan uşaqların sayı 442016 olub.

Sosial müavinətin bir nəfərə düşən orta aylıq məbləği 189.63 manat olub. 2023-cü ilin əvvəlində isə sosial müavinət alan ailələrin sayı 418227, bir nəfər düşən orta aylıq məbləği isə 157.02 manat olub.

2024-cü ilin əvvəlində sosial müavinət alan uşaqların sayı aşağıdakı kimi olub:

18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər – 47028 (bir nəfərə düşən orta aylıq məbləğ – 201.57 manat)

Ailə başçısını itirməyə görə ailə üzvləri – 54298 (120 manat)

Bəzi kateqoriya şəxslərin uşaqları – 10631 (16.24 manat)

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqları – 183 (120 manaat)

1 yaşadək uşağı olan aztəminatlı ailələr (uşaqların sayı) – 3271 (100 manat)

Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (uşaqların sayı) – 180 (120 manat)

Beşdən çox uşağa görə (uşaqların sayı) – 11543 (105 manat)

Övladlığa götürülən uşağa görə müavinət – 25 (216 manat)






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin