Uşaqlarda normadan artıq tərləmə problemi
BEY.AZ informasiya agentliyi xəbər verir
Tərləmə normal haldır, amma çox tərləmə artıq problem sayılır. Xüsusilə havaların isti olduğu dövrdə bu problem daha qabarıq şəkildə ortaya çıxır. Çox tərləmənin bir çox səbəbləri var.
Bu barədə açıqlama verən pediatr-neonatoloq Altay Abdullaoğlu deyir ki, tərləmə orqanizimdəki istilik tarazlığını tənzimləmək, bədəndəki zərərli maddələri xaric etmək üçün lazım olan vəiziyyətdir. Uşaqlarda tər vəzlərinin sayı böyüklərə nisbətən daha çox olduğuna görə uşaqlar daha çox tərləyirlər.
“İrsi meyililik, yüsək temperatur, qan azlığı, sinir sisteminin quruluşu, vitamin çatışmazlığı, qalxanvari vəzin xəstəlikləri, şişmanlıq, burun tıxanıqlığı, allergiyalar, antibiotiklərdən istifadə və kimi bir sıra səbəblərdən də tərləmə yarana bilər. Körpələrin isə döş əmərkən, yuxuda olarkən tərləməsi normaldır”.
Bəs tərləmənin qarşısını almaq üçün nə etmək lazımdır?
“İlk növbədə otaqda havanın temperaturunu və nəmliyini düzgün tənzimləmək, otağın havasını dəyişmək, termometr vasitəsilə temperatura nəzarət etmək olar. Otağın havası 24-26 dərəcə normaldır. İkincisi uşaqları qalın geyindirməmək lazımdır. Uşaqlar istiyə daha həssas olurlar. Ona görə temperatura uyğun, hava keçirən pambıq paltarlara üstünlük verilməlidir. Üçüncüsü bol maye qəbul etmək. Ana südü qəbul edən körpələrə isə ana südü yetərlidir, çünki südün 75-80% sudan ibarətdir. Bütün bunlara rəğmən uşaqda hədsiz tərləmə şikayətləri yenə olarsa həkim tərəfindən araşdırılması məsləhət olunur”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.