fbpx

Uşaqları yatana yaxın vəhşi kimi döyürlər

Rüya Yorumları burda


Sosial şəbəkələrdə paytaxtın Sabunçu rayonunda 310 saylı uşaq bağçasında tərbiyəçi-müəllim tərəfindən azyaşlı uşaqların təhqirə məruz qalması ilə bağlı görüntülər yayılıb.

BEY.AZ bildirir ki, məsələ ilə bağlı Baku TV-nin əməkdaşları sözügedən bağçada olub. Görüntüləri ictimailəşdirən xanım həmin bağçada uşaqların hər gün döyüldüyünü bildirib:

“Mən 2005-ci ildən burada yaşayıram. Hər gün görürəm ki, uşaqları yatana yaxın vəhşi kimi döyürlər. Birinci müdiri də bu məsələyə görə çıxarmışdılar”.

Son 2 gündə bütün cəmiyyətin hərəkətini qınadığı, körpələrə zorakılıq tətbiq edən tərbiyəçi-müəllim isə görüntülərin həqiqəti əks etdirdiyini deyib:

“Belə bir şey etmişəm. Əsəblərimi cilovlaya bilmədim. Mənə qarşı haqsızlıq edildi”.

Rüya tabirlerini burdan oku

Məsələ ilə bağlı Bakı Şəhər Baş Təhsil İdarəsindən bildirilib ki, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı zorakı davranışı ilə bağlı araşdırma aparılıb. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, 310 nömrəli uşaq bağçasında müdirin səlahiyyətlərinə xitam verilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu