“ÜST-ün xəbərdarlığı təsadüfi deyil” – Professor
Konqo Demokratik Respublikasında meymun çiçəyi virusu qonşu ölkələrə sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu vəziyyətin ciddiyyətini nəzərə alaraq, son iki il ərzində ikinci dəfə qlobal ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməyə məcbur qalıb. Bəs virusun ölkəmizdə yayılma ehtimalı varmı?
Mövzu ilə bağlı BEY.AZ-a danışan professor Adil Qeybulla bildirib ki, meymunçiçəyi çiçək virusunun növlərindən biridir:
“Meymunlarda daha çox rast gəlindiyindən bu cür adlanır. Xəstəliyin bir neçə epidemik ocağı var. Bu virusun 2022-ci ildə xeyli ölkəyə yayılması halları aşkar edilib. Virus əsasən insandan-insana və heyvandan-insana keçə bilir. İnsan virusa yoluxduğu halda yüksək hərarət, baş, əzələ ağrıları müşahidə olunur. Xəstəlik ölümlədə nəticələnə bilir. Adətən xəstəlik 10-12 gün müddətində sona çatır. Yeni növ mutasiya etmiş formadır. Ona görə, diqqətli olmaq lazımdır. ÜST-ün xəbərdarlığı da təsadüfən deyil”.
Seyranə Quliyeva / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |