Usta işlədiyi evdən 15 minlik oğurluq etdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib. Naməlum şəxs əvvəlcə evin təhlükəsizlik kameralarını yararsız hala salaraq oradan ümumi dəyəri 15 min manat olan sement qarışdıran qurğunun hissələrini oğurlayıb.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qeyd edilən evdə usta işləyən Vüsal Həsənov saxlanılıb.
Aparılan araşdırmalar zamanı onun oğurladığı metal hissələri dəyər-dəyməzinə əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Usta #işlədiyi #evdən #minlik #oğurluq #etdi