Üsyançılar Suriya ordusunun müdafiə xəttini yardı, Hələbə daxil oldu
Suriya ordusuna qarşı hücuma keçən üsyançılar Hələb şəhərinin mərkəzinə girməyə başlayıb.
BEY.AZ xəbər verir ki, İdlib vilayətinin şərqində yerləşən Serakib bölgəsində intensiv toqquşmalar baş verib. Davam edən qarşıdurmada rejim qüvvələri çoxlu itki verərək Serakib rayonundan geri çəkilib. Rayona nəzarət silahlı dəstələrə keçib. Bildirilir ki, Serakib rayonu Dəməşqi Hələblə birləşdirən M4 magistral yolu ilə Latakiyadan Hələbə qədər uzanan M5 magistral yolunun qovşağında yerləşir.
Həmçinin, rejim əleyhdarı silahlı qruplar Hələb vilayətinin qərbində ordunun müdafiə xəttini yarıb. Ardınca üsyançılar şəhərin şimal, cənub və şərq məhəllələrinə doğru irəliləyib.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |