“Utanmırsınız pulların hara xərcləndiyini soruşmağa?”
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev qurultay üçün ayrılan vəsait məsələsinə aydınlıq gətirib.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, Xalq yazıçısı jurnalistlərə açıqlamasında xərclərin təşkilati məsələlərə istifadə olunduğunu və hələ az olduğunu qeyd edib.
“Necə yəni? Bu qədər adama, qonağa bilet alınıb. Buranın – teatrın icarə haqqı ödənilib. Qonaqlar mehmanxanalara yerləşdirilib, kitablar çap edilib. Bəs sizcə, bunlar xərc deyil? Bu sözü məndən soruşmağa utanmırsınız? Nə danışırsınız, biz daha çox xərcləmişik. Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa?”, – Çingiz Abdullayev qeyd edib.
Xatırladaq ki, yazıçıların qurultayının keçirilməsi üçün AYB-yə 203 min manat pul ayrılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.